|
|
|
|
|
PREZİDENT
İLHAM ƏLİYEV BAKI BUXTASINDA QURU YÜK LİMAN MƏNTƏQƏSİNİN AÇILIŞINDA İŞTİRAK
ETMİŞDİR
|
|
Bakı, 16 mart (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev martın 16-da Bakı buxtasında quru yük limanı məntəqəsinin
açılışında iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən
qırmızı lenti kəsdi.
Prezident
İlham Əliyev
əvvəlcə
məntəqənin
inzibati binasında
yaradılmış
şəraitlə
tanış
oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
fəaliyyətinə həsr olunmuş guşə yaradılmış, ümummilli liderin büstü
qoyulmuşdur.
Prezident İlham Əliyev quru yük limanı məntəqəsinin inşa edildiyi
ərazinin əvvəlki vəziyyətini və 2008-2010-cu illərdə həyata keçirilmiş
tikinti işlərinin gedişini əks etdirən fotoşəkillərə baxdı.
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov məlumat verdi ki,
dördmərtəbəli inzibati binada işçilərin fəaliyyəti üçün bütün şərait
yaradılmış, otaqlar zəruri avadanlıqla təchiz olunmuşdur.
Quru yük limanı məntəqəsinin tikintisi layihəsi Prezident İlham
Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən ayrılmış
vəsait hesabına həyata keçirilmişdir. Liman məntəqəsindən yalnız quru
yüklər daşınacaqdır. Məntəqənin tikintisindən başlıca məqsəd sənaye
müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən, şəhərdə
ekologiyanı sağlamlaşdırmaqdan və respublikamızdan yükdaşımaların
həcmini artırmaqdan ibarətdir. Burada ümumi uzunluğu 1500 metr olan
yanalma körpüləri və dalğaqıran tikilmiş, dəmir yolu xətti çəkilmişdir.
Prezident İlham Əliyev liman məntəqəsinin ərazisində inşa olunan
yüksaxlama anbarlarına da baxdı. Bildirildi ki, ərazidə hər birinin
uzunluğu 185, 72 və 42 metr olan üç anbar inşa olunmuşdur. Onların ümumi
sahəsi 6500 kvadratmetrdir. Hazırda ərazidə infrastrukturun
genişləndirilməsi, gəmi təmiri zavodunun və avtobazanın mərkəzdən buraya
köçürülməsi ilə bağlı işlər davam etdirilir.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və
tövsiyələrini verdi. |
|
 |
 |
|
|